Vaşinqton rəsmilərinə anti-bəşər medalı
https://azeri.sahartv.ir/news/dünya-i217186-vaşinqton_rəsmilərinə_anti_bəşər_medalı
Senator Berni Sanderz amerikalıların qırmızı dərililəri aldatdıqlarını və onların hüquqlarını hiyləgərlik və fırıldaqçılıq ilə əllərindən aldıqlarını etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2016 05:51 Asia/Baku
  • Berni Sanderz
    Berni Sanderz

Senator Berni Sanderz amerikalıların qırmızı dərililəri aldatdıqlarını və onların hüquqlarını hiyləgərlik və fırıldaqçılıq ilə əllərindən aldıqlarını etiraf edib.

Demokratların prezident seçkiləri üçün namizədlərindən olan senator Berni Sanderz tərəfdarları qarşısında Amerikada insan haqlrı barədə çıxış edərkən deyib: Hamımız bilirik ki, Amerikanın bir ölkəyə çevrilməsindən öncə yəni, Avropadan mühacirlərin bu qitəyə gəlməsindən öncə, Amerikanın yerli sakinləri burada yaşayıblar. Amma, onlara yalan dedilər. Hamısını aldatdılar.

Senator B.Sanderz əlavə edib: Bütün Amerikada Donald Trampın prezident olması ehtimalı ilə bağlı qorxu hissi yaranıb. Mən, sizə bunun baş verməyəcəyini demək üçün burdayam. Bu baş verməyəcək

Çünki, bütün rəy sorğuları bizim Trampı 2 rəqəmli fərq ilə məğlub edəcəyimizə dəlalət edir. Amerika xalqı hər gün ağlınıza gələcək bütün qrupları təhqir edən bir şəxsə səs verməyəcək. Biz, meksikalıları, latın amerikalıları, müsəlmanları, keçmiş Amerikan hərbçilərini, qadınları və qaradərililəri təhqir edən bir adamın prezident seçilməsi ilə razı deyilik.