Trump Almaniyada müsəlman seçicilərin diqqətini cəlb etmək istəyir
-
Donald Trump
Dəfələrlə islamofobiyada suçlanan ABŞ Respublikaçılarının qalmaqallı namizədi hazırda prezident seçkilərində qələbə qazanmaq üçün bu ölkənin azlıq müsəlmanlarının diqqətini cəlb etmək ardıncadır.
Hill qəzetinin yazdığına görə, Donald Trumpın milli təhlükəsizlik müşaviri Vəlid Faris xəbər səssizliyi ilə Respublikaçılar partiyasının tərəfdarı olan müsəlmanlar və ABŞ-da Yaxın Şərq əsilli mühafizəkar fəallarla anlaşmaya daxil olmağa çalışır.
Trumpın seçki qərargahının müsəlman seçicilərin diqqətini cəlb etmək üçün gizli səyi ilə yanaşı qeyd edək ki, o müsəlmanlara qarşı dəfələrlə qalmaqallı çıxışı ilə irimiqyaslı tənqidlərlə üzləşib.
Onun çıxışlarında müsəlmanların Amerikaya daxil olmasının qarşısını almaq təklifi və yaxud müsəlmanların informasiya bazasının yaradılması üzrə müraciətini misal göstərmək olar.