Rusiya və Ukrayna arasında əsirlər mübadiləsi baş tutub
https://azeri.sahartv.ir/news/dünya-i219274-rusiya_və_ukrayna_arasında_əsirlər_mübadiləsi_baş_tutub
Ukraynada həbsdə olan 2 Rusiya vətəndaşı, Rusiyada həbsdə olan ukraynalı qadın pilot ilə dəyişdirilib. Əsirlərin mübadiləsi Moskvada baş tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2016 09:32 Asia/Baku
  • Rusiya və Ukrayna arasında əsirlər mübadiləsi baş tutub
    Rusiya və Ukrayna arasında əsirlər mübadiləsi baş tutub

Ukraynada həbsdə olan 2 Rusiya vətəndaşı, Rusiyada həbsdə olan ukraynalı qadın pilot ilə dəyişdirilib. Əsirlərin mübadiləsi Moskvada baş tutub.

Ukraynanın şərqində silahlı qiyamçılar ilə birlikdə Ukrayna hökumətinə qarşı savaşda iştirak etdikləri üçün 14 il həbsə məhkum edilmiş 2 Rusiya hərbçisi çərşənbə günü Rusiya tərəfindən əsir götürülmüş ukraynalı qadın bilot Nadiya Savçenkonun azadlığı müqabilində Rusiyaya təhvil verilib.

Rusiya medialarının verdiyi məlumata görə, Aleksandr Aleksandrov və Yevgeni Yerfiyev ukraynalı qadın pilot Savçenkonun Rusiya prezidenti Vladimir Putin tərəfindən əfv edilməsindən bir saat sonra azad ediliblər.

Nadiya Savçenko 22 mart tarixində Ukraynanın şərqində, Donbasda gedən döyüşlərdə 2 rus jurnalistin qətlə yetirilməsi ittihamı ilə həbs edilmiş və 22 il azadlıqdan məhrum olunmuşdu.

Ukrayna mediaları çərşənbə günü bildiriblər ki, bu ölkə prezidenti Petro Poroşenkonun şəxsi təyyarəsi göyərtəsində 2 rus məhbus ilə birlikdə çərşənbə günü Rostov hava limanında yerə enib. Məhbusların mübadilə edilməsindən sonra, bu təyyarə Nadiya Savçenkonu Kiyevə qaytarıb.

Ukrayna prezidenti Petro Poroşenko Rusiyanın əsirliyindən azad edilmiş Nadiya Savçenko ilə birlikdə mətbuat konfransı təşkil edib.

Ukraynanın şərqində iğtişaşların baş qaldırması və bunun ardınca Krım Yarımadasının Rusiyaya birləşdirilməsinin ardınca Kiyev-Moskva əlaqələri ciddi böhranın şahididir.

Ukrayna Rusiyanı bu ölkədəki silahlı qiyamçıları himayə etməkdə ittiham edir.