İyun 16, 2016 15:52 Asia/Baku
  • Gürcüstanda azan qadağasına etiraz edilib
    Gürcüstanda azan qadağasına etiraz edilib

Gürcüstan müsəlmanları idarəsinin sədri bu ölkə məscidlərindən azanın səs gücləndiricisi vasitəsi ilə səsləndirməsinə qoyulan qadağaya etiraz edib.

APA-nın verdiyi məlumata görə, Şeyx Ramin İgidov deyib: Xristianların öz kilsələrinin zəngini səsləndirmək hüququna malik olduqları kimi müsəlmanlar da öz məscidlərindən azan yaymaq haqqına malik olmalıdırlar.

Gürcüstan müsəlmanları idarəsinin sədri deyib: Mübarək ramazan ayında Tiflis məscidindən azanın yayılmasına imkan verilmir.

Şeyx Ramin İgidov Gürcüstana vəhhabilərin nüfüzü təhlükəsi barədə xəbərdarlıq edib və deyib:

Gürcüstanda vəhhabi və sələfilərin nüfuzunun artmasına imkan verməməliyik ona görə ki, İŞİD-ə qoşulanların əksəriyyəti həmin qrupların üzvləridirlər.

Teqlər