Gürcüstanda azan qadağası təkzib edildi
Son günlər bəzi KİV-lərdə Gürcüstanın paytaxtı Tbilisidə azanın verilməsində qadağanın olması ilə bağlı məlumatlar təkzib olundu.
SalamNews-a açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov bildirib ki, Gürcüstanda 312 məscid fəaliyyət göstərir. Bu məscidlərin əksəriyyətində azan verilir və heç bir qadağadan söz gedə bilməz: "Bu sahədə Gürcüstan digər ölkələrə nümunədir və inanclı insanlar öz dini ayinlərini sərbəst şəkildə həyata keçirirlər".
Bəzi KİV-lərdə azan qadağası ilə bağlı yayılan məlumatlara gəlincə GMİ-nin sədri deyib ki, il bundan öncə Tbilisidəki Cümə məscidi ərazisində yaşayan insanlar tərəfindən azanın uca səslə verilməsindən narahat olaraq müraciət etmişdilər: "Biz də həmin müraciətləri nəzərə alaraq azanı uca səslə deyil, aşağı səslə məscidin içində verilməsini təmin etdik. Gürcüstanda azan qadağası yoxdur".