Moskva Türkiyənin qeyri-dostcasına hərəkətləriin davam etməsini tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i221965-moskva_türkiyənin_qeyri_dostcasına_hərəkətləriin_davam_etməsini_tənqid_edib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Moskva hələ Türkiyə rəsmiləri tərəfindən dostcasına adlandırıla bilinməz hərəkətlərin şahididir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2016 08:19 Asia/Baku
  • Mariya Zaxarova
    Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Moskva hələ Türkiyə rəsmiləri tərəfindən dostcasına adlandırıla bilinməz hərəkətlərin şahididir.

IRNA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən Türkiyə rəsmilərinin 12 iyun, Rusiya milli günü münasibətilə özlərinin rus həmkarlarına olan təbrikləri haqda deyib ki, bu kimi məktublarda heç bir diqqətəlayiq cəhət olmayıb və yalnız formal xarakter daşıyır.

Zaxarova əlavə eidib: Moskva hələ də Ankaranın qeyri-dostcasına hərəkətlərinin şahididir və rus tərəfin konsulluq bölməsi nümayəndələrinin Türkiyədəki rus məhbulslarla görüşmələri üzrə xahişləri cavablandırılmır ki, hüquqi cəhətdən qəbuledilməzdir.

O, habelə deyib: Son zamanlar da Rusiyanın avia şirkətlərinin Türkiyədən bu ölkənin hava məkanından İraqa yüklərin köçürülməsində istifadə üzrə xahişi bir neçə dəfə rədd olunubdur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü belə qeyd edib: Türkiyə başçılarının Qara dəniz barədə söylədikləri "bu dəniz rus dənizi olmamalıdır" sözləri də iki ölkə əlaqələrinin yaxşılaşmasına və regionun sabitliyinin güclənməsinə heç bir köməklik etməyəcək.

Mariya Zaxarova həmçinin deyib: Hazırda da əlaqələrin yaxşılaşdırılması üzrə Rusiyanın təklif etdiyi şəraitin təmini baxımından Türkiyə tərəfindən heç bir irəliləyiş görünmür.

Türkiyənin prezidenti Rəcəb Tayyıb Ərdoğan ötən çərşənbə axşamı günü Rusiya milli günü münasibətilə öz rus həmkarı Vladimir Putinə təbrik məktubu göndərmişdi.

Gözlənilirdi ki, bu addım iki ölkənin altı ay gərginlikə dolu əlaqələrinə son qoymaq və minimum Moskvanın Ankaraya qarşı geniş sanksiyalarının azaldılması üçün bir başlanğıc olacaq ki, bu, Kerml tərəfindənn cavabsız qaldı.