Terrorizmlə mübarizə Moskva-Dəməşq danışıqlarının mehvəri
-
Terrorizmlə mübarizə Moskva-Dəməşq danışıqlarının mehvəri
Rusiyanın müdafiə naziri elə bir halda Suriya paytaxtına gəlibdir ki, ekspertlər rusların Suriya hərbi cəbhəsində böyük hərbi əməliyyata hazırlaşmaları ehtimalından xəbər verirlər. Suriyanın Türkiyə ilə şimal sərhədləri beş il bundan qabaqdan bəri terrorçuların Suriya torpağına tranzit edilməsi məkanına çevrilib.
Rusiyanın müdafiə naziri Suriyaya birgünlük işgüzar səfərdə Bəşşar Əsədlə görüşüb və onunla ikitərəfli həmkarlıqlar, xüsusən Suriyada terror təşkilatları əleyhinə mübarizə yolları və hərbi sahədə danışıb.
Sergey Şoyqu Suriya prezidentilə görüşdən öncə Laziqiyyə sahil vilayətində S-400 raket sisteminin yerləşdiyi məkandan və Rusiya hava qoşunları bölməsindən baxış keçirib.
İbrahim Talib, politoloq: Rusiyanın müdafiə nazirinin səfəri Dəməşq-Moskva ardıcıl həmkarlığı istiqamətində həyata keçib. Bu səfər həmçinin son zamanlar Suriyaya hərbi hücum ehtimalından danışan amerikalılara bir mesajı əhatə edir. Məncə, bu səfər, şimal cəbhəsində böyük hərbi əməliyyat ərəfəsində həyata keçib.
Həmçinin terrorçular və onların tam hərbi təchizatlarının Türkiyə sərhədindən köçürülməsi əməliyyatının misli görünməmiş şəkildə artması ilə Suriyanın şimal cəbhəsi, xüsusən Hələb vilayəti bu ölkə ordusu ilə terrorçu qruplar arasında ağır döyüşlərin şahididir.
Hələb vilayətinin cənubunda yerləşən Xəlsə və Əmirə şəhərləri bu döyüşlərin mərkəzidir. Terrorçu qruplar etiraf ediblər ki, aralarında 24 meydan komandirinin göründüyü 160 nəfər bu döyüşlərdə öldürülübdür.
İbrahim Talib: Hələb döyüşü davam etməkdədir və Türkiyənin Suriyanın şimalındakı terror qruplarını geniş dəstəkləməsinə rəğmən, Suriya Rusiyanın və digər müttəfiqlərinin əməkdaşlığı ilə düşmənlərin planını uğursuz qoya bilər.
Müşahidəçilərin qənaətincə, Tehran və Moskva kimi müttəfiqlərin Suriyanın qanuni dövlətinin kənarında olmaları ilə Amerikanın bu ölkəni bölmək planı uğursuz qalıb və bu məntəqənin gələcəyinin təsviri regionun maraqları əsasında olacaqdır.