Rusiyada matəm
İyun 20, 2016 15:55 Asia/Baku
-
Rusiyada matəm
Rusiyada fırtına nəticəsində içərisində uşaqlar olan iki qayıq batıb.
İyunun 18-də “Park-hotel Syamozero” sağlamlıq düşərgəsində dincələn uşaqlar təlimçilərlə birgə qayıqlarla gəzintiyə çıxarkən müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. İçərisində 47 uşaq və 4 təlimçinin olduğu üç qayıq aşaraq batıb. Nəticədə 15 uşaq ölüb, daha 10-u xəstəxanaya yerləşdirilib.
İyunun 20-si Kareliya Respublikasında matəm günü elan edilib.