Polşa Britaniyanın çıxmasında AB-ni günahlandırıb
Polşanın xarici işlər naziri Avropa Birliyinin siyasətləri və səhlənkarlıqlarının Britaniyanın bu birlikdən çıxmasının səbəblərindən biri olduğunu deyib.
Töytersin verdiyi məlumata görə, Vitold Vaşçikovski bu gün deyib: AB Britaniyanı 40 ildən sonra bu birliyi tərk etməməyə razılaşdırmaq üçün əlavə səylər həyata keçirə bilərdi. Deməli Londunun birliyi tərk etmək qərarında AB rəsmilərinin də günahı olub.
AB-nin bəzi rəsmiləri cümə günü Britaniyada keçirilən referendumun Britaniyanın AB-dən çıxmaq qərarına dayir nəticələri yayıldıqdan sonra bu qərarın daha da sürətlənməsinə çağırdılar.
Fransanın maliyyə naziri Mişel Sapin də bu gün deyib: Paris və Berlin Lononun AB-dən çıxmaq qərarının qısa zamanda icra edilməsi barədə razılaşıblar.
O deyib: Fransa da Almaniya kimi belə qənaətdədir ki, artıq Britaniyanın AB-dən çıxmağa qərar verdiyini nəzərə alaraq bu qərar tezliklə icra olunsun ona görə ki, naməlum durumun davam etdirilməsi mümkünsüzdür.
Polşanın XİN başçısı mərkəzi Avropa və Almaniyalı həmkarları ilə görüşmək məqsədi ilə Praqaya yola düşərkən deyib: Bu barədə daha dərindən düşünmək və tələsik addımlardan çəkinmək lazımdır.
O deyib: Hər iki tərəf təqsirkardır, şübhəsiz ki, Britaniya xalqının AB-ni tərk etmək üçün kifayət qədər dəlilləri var amma bu, AB-nin belə bir önəmli üzvü öz içində saxlaya bilməməsinin səbəblərinə düşünməyə mane ola bilməz.