Rusiya Türkiyədən meyvə-tərəvəz idxalatına hələ tələsmir
İyul 07, 2016 11:20 Asia/Baku
-
Dmitri Medvedev
Rusiyanın baş naziri bu barədə deyib.
Əlməyadin televiziyasının verdiyi məlumata görə, Rsuiyanın baş naziri Dmitri Medvedyev bu gün verdiyi açıqlamada deyib: Rusiya Türkiyədən meyvə-tərəvəz idxalatına hələ tələsmir.
Medvedyev bu sahədə idxalat mexanizmi barədə öncə Türkiyənin müvafiq rəsmiləri ilə danışıqların aparılacağını deyib.
Medvedyev bildirib ki, Türkiyəyə qarşı sanksiyalr hələlik turizm sektorunda ləğv edilib.
Rusiyanın Türkiyəyə qarşı turizm sektorundakı sanksiyalarının ləğv edilməsindən sonra Türkiyə rəsmiləri cari miladi ilinin sonunadək ən azı 750 min rus turistin Türkiyəyə səfər edəcəyini proqnozlaşdırırlar.
Teqlər