Rusiyanın bir ədəd helikopteri Suriyanın İdlib əyalətində süqut edib
Avq 01, 2016 15:36 Asia/Baku
-
Rusiyanın bir ədəd helikopteri Suriyanın İdlib əyalətində süqut edib
Rusiyanın Müdafiə Nazirliyi bu ölkənin bir ədəd helikopterinin Suriyanın İdlib əyalətində süqut etməsindən xəbər verib.
İnter Faks-ın verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi bu helikopterdə olan 5 nəfərin hamısının öldüyünü bildirib.
Virtual aləmdə paylaşılmış təsvirlərdə helikopterin qalıqları altında bir cəsədin olduğu görünür. Təsvirdə həmçinin rus dilində yazılmış sənədlər də nümayiş etdirilir.
Yerli mənbələrin verdiyi məlumata görə, bu helikopter məntəqə sakinlərinə yardım çatdırmaq istəyərkən vurulub.
Teqlər