Hindistan xarici işlər nazirinin müavini işdən çıxarılmış hind fəhlələrə kömək üçün Ərəbistana gedib
Hindistan dövləti bu ölkənin xarici işlər nazirinin müavinlərindən birini Ərəbistanda sərgərdan qalmış minlərlə hind fəhləyə kömək üçün bu ölkəyə göndərib.
Press TV-nin məlumatına görə, Hindistan Xarici İşlər Nazirliyi bildirib ki, Vici Kumar Singh işdən çıxarılmış fəhlələri Hindistana qaytarmağa çalışacaq.
Yeni-Dehli bundan öncə bildirmişdi ki, Ərəbistanda10 mindən çox hind fəhlə işdən çıxarıldıqdan sonra qida böhranı ilə üzləşibdir. Bu məlumata görə, iş o yerə çatıbdır ki, Hindistanın Ərriyaddakı səfirliyi və bu ölkənin Ciddə daxil olmaqla Ərəbistanın digər şəhərlərindəki konsulluqları hind fəhlələr arasında pulsuz qida maddələri bağlamaları paylayaraq, bu təbəqənin aclığını müəyyən qədər azaltmağa çalışırlar.
Neftin qiymətinin azalması bu ölkə başçılarını ötən ildən bəri dövlət xərclərini azaltmağa məcbur edibdir ki, nəticədə bu ölkənin tikinti şirkətləri təzyiq altına düşüblər. Bəzi şirkətlər də xarici fəhlələrin məvaciblərini ödəyə bilməyiblər. Buna görə də onlardan minlərlə nəfəri işdən çıxarıblar.