Hindistan Kəşmirində gərginlik davam edir
Avq 03, 2016 20:16 Asia/Baku
Hindistanın nəzarətində olan Kəşmirdə gərginlik davam edir.
Səhər beynəlxalq televiziya kanalının ordu dilində yayımlanan radiosunun verdiyi məlumata görə, Kəşmir əhlisi çərşənbə günü tətil elan edib.
Bu məlumata görə, vilayətin bəzi bölgələrində komendant saatı elan olunub və beş nəfərdən çox toplantı qadağan edilib.
Həmçinin Kəşmirin müxtəlif bölgələrində təhlükəsizlik qüvvələri ilə əhali arasında baş verən toqquşmalarda 3 nəfər həlak olub.
Kəşmirdə təhlükəsizlik qüvvələri ilə əhali arasında baş verən son toqquşmalarda bütövlükdə 60 nəfər həlak olmuşdur.
Kəşmirin Hürriyyət konfransının rəhbərləri xalqdan öz etirazını cümə gününədək davam etdirməsini istəyiblər.