Hindistanın Asam məntəqəsində silahlı hücumçular 12 nəfəri qətlə yetiriblər
Avq 05, 2016 19:49 Asia/Baku
Hindistan rəsmiləri ölkənin şimal-şərqində yerləşən Asam əyalətində baş vermiş silahlı insident zamanı 12 nəfərin öldüyü, 15 nəfərin isə yaralandığını bildiriblər.
Hindistanın Asam əyaləti üzrə yerli polis rəsmisi bu barədə məlumat verərək, deyib: 6 nəfər avtomat silahlar və əl qumbaraları ilə Balacan məntəqəsində yerləşən bazarda insanlara hücum edib.
Polis rəsmisinin dediyinə görə, bu silahlı şəxslərdən biri təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Digər 5 yaraqlı isə qaçmağa nail olub.
Onun dediyinə görə, təhlükəsizlik qüvvələri hazırda silahlı hücumçuları axtarmaqla məşğuldurlar.
Bu məlumata görə, baş vermiş hadisə zamanı bir neçə ev və dükana ciddi zərər və ziyanlar dəyib.