BMT insan haqları komissarı Türkiyənin intiqam almasını tənqid edib
-
BMT-nin insan haqları ali komissarı
BMT-nin insan haqları ali komissarı Türkiyəni intiqamdan çəkinməyə çağırıb.
Röyters Xəbər Agentliyinin məlumatına görə, BMT-nin insan haqları ali komissarı Zeyd Rəd əl-Hüseyn çərşənbə günü Türkiyə rəsmilərini uğursuz çevrilişdən sonra intiqam almaqdan çəkinməyə çağırıb.
Zeyd Rəd əl-Hüseyn deyib: Bu çevrilişi planlaşdıranlarla heç bir həmrəylik hissi yoxdur. Lakin Türkiyədə repressiyaların miqyasından nigarandır.
O əlavə edib: Türkiyə rəsmilərinin saxlanılanlara işgəncə və pis davranış ilə əlaqədar məlumatlar əldə edib.
BMT rəsmisi iddia edib ki, vəziyyəti araşdırmaq üçün Türkiyəyə müstəqil müşahidəçiləri göndərmək niyyətindədir.
Rəd əl-Hüseynin sözləri ilə yanaşı qeyd edək ki, Türkiyədə uğursuz çevrilişdən sonra 16 min nəfər həbs olunub.
Türkiyə hökuməti təmizləməyə dair irəli sürülən ittihamları təkzib edib və bildirib ki, uğursuz çevrilişdən sonra işçilərin işdən azad edilməsi normal hərəkət hesab olunur. Çünki belə hadisələrin təkrarlanmasının qarşısını alacaqdır.
Bu arada BMT insan haqları ali komissarı bütün Türkiyə vətəndaşları qarşısında hüquqi proseslərin izlənməsi üçün lazımi zəmanətlərin olmasını istəyib.