ABŞ Dövlət Departamenti: Rusiya Krımın işğalına son qoymalıdır
-
ABŞ Dövlət Departamenti: Rusiya Krımın işğalına son qoymalıdır
ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Rusiya Krımın işğalına son qoymalıdır.
ABŞ Dövlət Departamentinin sözçüsü Elizabet Trodo Ukrayna məsələsi barədə keçiridiyi mətbuat konfransında deyib: Krım barədə Amerikanın mövqeyi tamamilə aydındır. Fikrimizcə Krım Ukraynanın bir hissəsidir və həmişə Ukraynaın bir hissəsi olacaqdır. Biz Krımın işğalı və onun Rusiya ərazisinə ilhaqını pisləyir və Krımda Rusiyanın işğalçılığına dərhal son qoyulmasını istəyirik. Krımla əlaqədar Amerikanın Rusiya əleyhinə sanksiyaları Rusiyanın bu yarımadanı geri qaytarmadığı zamana qədər davam edəcək.
Bir jurnalist deyib: Rusiya prezidenti Vladimir Putin öz açıqlamasında bildirib ki, Ukranyanın şərqi barəsə sülh danışıqları mənasızdır. Sizin fikriniz nədir? Trodo deyib: Biz həmişə bu qənaətdəyik ki, danışıqlar həmişə sınaqdan keçirilməli olan yoldur.