Ukrayna Rusiya rəsmiləri haqda cinayət işi açıb
-
Ukrayna Rusiya rəsmiləri haqda cinayət işi açıb
Rusiyanın 18 rəsmisi barədə Ukrayna tərəfindən cinayət işi açılıb.
İRNA-nın verdiyi məlumata görə, son 2 həftə ərzində Moskva və Kiyev arasında gərginliyin yenidən artmasının ardınca, Ukraynanın baş prokuroru Yuri Lukaşenki bazar ertəsi günü Rusiyanın 18 rəsmisi o cümlədən müdafiə naziri Sergey Şoyqu barəsində cinayət işi açıb.
Lukaşenko deyib: Rusiyanın müdafiə naziri və daha 17 rəsmisi barəsində Ukraynanın milli təhlükəsizliyi əleyhinə hərəkətlərinə və ağır cinayətlərə yol vermələrinə görə, cinayət işi açılıb.
Bu məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə yanaşı Rusiya ordusunun 10 generalının adı da barəsincə cinayət işi açılanlar sırasındadır.
Rusiya prezidentinin müşaviri Sergey Qlazovun adı da Ukraynanın Baş Prokurorluğu tərəfindən barəsində cinayət işi açılan Rusiya rəsmiləri siyahısına daxildir.
Rusiyanın 10 gün öncə Krım yarımadasına daxil olmaq istəyən Ukrayna qüvvələri ilə çıxan atışmada 2 rus hərbçisinin öldüyünü elan etməsinin ardınca Kiyev və Moskva əlaqələri yenidən gərginləşib.