Rossefin impiçment prosesinə reaksiya
https://azeri.sahartv.ir/news/dünya-i232073-rossefin_impiçment_prosesinə_reaksiya
Braziliyanın fəaliyyəti dayandırılmış prezidenti Senatda impiçmpent prosesini bu ölkədə demokratiyaya qarşı hərəkət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2016 08:27 Asia/Baku
  • Dilemma Rossef
    Dilemma Rossef

Braziliyanın fəaliyyəti dayandırılmış prezidenti Senatda impiçmpent prosesini bu ölkədə demokratiyaya qarşı hərəkət adlandırıb.

BBC-nin məlumatına görə, Braziliya Senatında impiçmentliyə cavab vermək üçün çıxış edən fəaliyyəti dayandırılmış prezident Dilemma Rossef deyib: Onun impiçmentliyinə səs verilməsi demokratiyaya ziddir. 

Braziliyanın fəaliyyəti dayandırılmış prezidenti əlavə edib: Bu impiçmentlik ədalətli deyil və konstitusiya qarşısında heç bir cinayət törətməyib. 

Rossefin dediyinə görə, büdcə qarşısında etdiyi işlər qanuni olmuşdur. 

O həmçinin deyib ki, onun impiçmentliyi ilə bağlı iclasın keçirilməsi qeyri-qanunidir. 

İctimai hesablarda müdaxilə etmək və korrupsiya ittihamı ilə Dilemma Rossefin kənarlaşdırılması prosesi cümə axşamı günü Braziliya Senatında başlanıb. 

Braziliya Senatı 2016-cı il 12 mayda korrupsiya ittihamı ilə Dilemma Rossefin fəaliyyətini dayandırıb. Belə ki, 180 gün ərzində prezidentin impiçment olunması barədə öz yekun qərarını vermək üçün araşdırmalar aparsın.