Avq 30, 2016 16:30 Asia/Baku
  • Səmərqənd qızıl mədrəsəsi
    Səmərqənd qızıl mədrəsəsi

Dünya irsi olan Səmərqənd qızılı mədrəsəsi orta əsrlərin memarlığının şah əsərlərindəndir.

Euronews xəbər telekanalının müxbiri "Özbəkistandan görüntülər" adlı silsilə proqramında Səmərqəndin Reqistan meydanına gedir. Bu meydanı bəzən Orta Asiyanın mirvarisi adlandırırlar. Bu bölgənin orta əsrləri memarlığının şah əsərlərindən biri, dini tədrisləri olan qızılı mədrəsəsi vardır. Bu dini mədrəsə YUNESKO-nun dünya irsinə aid olan önəmli tarixi əsərlər sırasındadır. Bu binanın əsas məscidinin içinə daxil olduğunuz zaman onun qızılı günbəzini gördükdə, nə üçün bu mədrəsəyə qızılı adı verildiyini anlayırsınız. Onun hər bir yerinə nəzər salın. Quran, riyaziyyat, astronomiya tədris olunan bu məscidin günbəzi qızılla işlənmişdir. Bu məsciddə digər zinət parçaları da yer almışdır. Hər il minlərlə turist bu məkanla yaxından tanış olur. Bu məscid 1646-1660-cı illərdə Səmərqənd əmirinin göstərişi ilə tikilmişdir. Qızıl mədrəsə Reqistan memarlıq toplusunu təkmilləşdirən sonuncu binadır. Bu meydanda mozaika tərkiblərinə əsasən daha iki mədrəsə cilvələnir. 

Teqlər