Bişkekin cənubunda partlayışın səbəbi kamikadze olub
-
Bişkekin cənubunda partlayışın səbəbi kamikadze olub
Qırğızıstan baş nazirinin müavini Çin səfirliyindəki partlayış barədə keçirdiyi brifinqdə bu hadisəni terror aktı adlandırıb.
Partlayış kamikadze tərəfindən törədilib və hal-hazırda bir nəfər həlak olub, bir neçə nəfər də yaralanıb.
Terrorçular Mitsubişi markalı avtomobillə səfirliyə yaxınlaşıb və səfirliyin yaxınlığında partlayış törədiblər.
Hal-hazırda hadisə yeri polis qüvvələrinin nəzarətindədir.
İndiyə qədər heç bir qrup partlayışın məsuliyyətini üzərinə götürməyib.
Bir neçə gün öncə də Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi bu şəhərdə bir terror qruplaşmasının bir neçə üzvünü partlayıcı maddə və silahla birlikdə həbs etmişdi.
Mərkəzi Asiya ölkələri, xüsusilə də Qırğızıstandan çoxlu sayda vətəndaşın İŞİD kimi terror qruplaşmalarında iştirakı bu şəxslərin öz ölkələrinə qayıtmaları ilə de-stabilliyin artmasına səbəb olmuşdur.