Sen 01, 2016 14:01 Asia/Baku
  • Dilma Roussef
    Dilma Roussef

Ekvadorun xarici işlər naziri Braziliya prezidenti Dilma Roussefin vəzifəsindən kənarlaşdırılmasını çevriliş adlandırıb.

PressTV-nin verdiyi məlumata görə, Ekvador Braziliya prezidentinin impiçment edilməsini kəskin formada qınayan ilk ölkələrdən biri olaraq, bunu dövlət çevrilişi adlandırıb.

Ekvadorun xrici işlər naziri Guillaume Long Braziliya Senatının bu ölkə prezidenti Dilma Rousseffi vəzifəsindən kənarlaşdırmasına reaksiya olaraq deyib: Ekvador Braziliya prezidenti Dilma Rousseffin kənarlaşdırılmasına səbəb olan h adisələri kəksin formada qınayır.

Ekvador baş verənləri Braziliyada demokratiyanın pozulması və dövlət əleyhinə çevriliş adlandırıb.

Bu hadisənin ardınca Ekvador Braziliyadakı ən yüksək diplomatik nümayəndəsini geri çağırıb və Braziliya ilə əlaqələrini yenidən nəzərdən keçirəcəyini bildirib.

Venesuela da Braziliya ilə diplomatik əlaqələrini müvəqqəti olaraq dondurub və öz səfirini Braziliyadan geri çağırmaq niyyətində olduğunu elan edib.

Kuba da Dilma Rousseffin impiçment edilməsini qınayaraq, bunu dövlət çevrilişi adlandırıb.

Birləşmiş Ştatlar isə Braziliya ilə ikitərəfli əlaqələrini davam etdirəcəyini bildirib və Braziliya ilə BMT arasındakı əməkdaşlıqların davam edəcəyini elan edib.

Braziliyada əhali küçələrə axışaraq, Dilma Rousseffə dəstək aksiyası keçirib, onun impiçment edilməsini qınayıb.

Teqlər