İran neft bazarına stabilliyin qayıtmasını dəstəkləyir
İranın neft naziri deyib: İran İslam Respublikası neft istehsal edən ölkələrin neft bazarına stabilliyin qaytarılmasına dair qərarını dəstəkləyir
İRNA-nın verdiyi məlumata görə, İranın neft naziri Bijən Namdar Zəngənə bu gün Tehranda neft ixrac edən ölkələr təşkilatının (OPEK) baş katibi Məhəmməd Barkindo ilə görüşündə dünya bazarlarında neftin qiymətinin əlverişli rəqəmə çatması barədə deyib: OPEK ölkələrinin çoxu hər barrel üçün 50-60 dolların tərəfdarıdır.
Namdar Zəngənə hər barreldə 55 dolların neft üçün uyğun qiymət olduğunu bildirərək deyib: Belə bir qiymət OPEK üzvləri üçün neft istehsalının əlverişli gəlirə, iqtisadi məntiqə malik olmasına səbəb ola bilər.
İranın neft naziri Barkindonun OPEK-in baş katibi olaraq İrana ilk səfərini xüsusi qiymətləndirərək neft bazarı barədə gedən müzakirələri müsbət dəyərləndirib. İranın neft naziri deyib: İran İslam Respublikası OPEK-in yeni baş katibini tutduğu yeni vəzifəsində himayə edəcək.
OPEK-ə üzv olan və olmayan neft ixrac edən ölkələrin qeyri-rəsmi iclası sentyabrın 26-28-də Əl-Cəzairdə beynəlxalq enerji konfransının kənarında keçiriləcək.
İran bu konfransa nazir səviyyəsində qatılacağını bildirib.