Amerikanın ən böyük təhlükəsizlik problemi - Obamanın dilindən
-
Barak Obama
ABŞ prezidenti bildirib: Amerika daxilində ən böyük təhlükəsizlik problemi özbaşına şəxslərin terror aktlarıdır.
CNN telekanalının məlumatına görə, Barak Obama CNN-in Fort Li Virciniya hərbi bazasında hərbçilər və onların ailələri ilə dialoq proqramında Amerika daxilində terror təhdidlərinin artması barədə deyib: Əgər bütün dünyaya baxarıqsa, terror aktlarının sayı diqqəti cəlb edəcək dərəcədə artmamışdır.
"Hazırda qarşılaşdığımız və ehtimal üzrə bir müddət bizimlə olacaq problem budur ki, şəxslər və yaxud kiçik dəstələr terror təşkilatlarının təbliğatının təsirinə düşsünlər və onlardan ilham alsınlar. Əlbəttə bu şərtlə ki, ciddi xəsarətlər vurmaq üçün öz həyatlarını itirmək şərti ilə. Hətta əgər xaricdən istiqamətləndirilməsələr də, hətta əgər mürəkkəb plan da olmasa. Bu şəxslərə misal olaraq, özbaşına və təklikdə terror aktları törədənləri göstərmək olar. Onları "təkbaşına şəxslər" adlandırırıq. Bunlar, üzləşdiyimiz ən böyük təhlükə ola bilərlər. Çünki bu şəxslərin izini tapmaq çox çətindir" -deyə ABŞ prezidenti bildirib.