Ukrayna müxalifətinin komandanı öldürülüb
https://azeri.sahartv.ir/news/dünya-i240323-ukrayna_müxalifətinin_komandanı_öldürülüb
Ukraynanın şərq rəsmiləri komandanlarından birinin öldürüldüyünü bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2016 17:33 Asia/Baku
  • Ukrayna müxalifətinin komandanı öldürülüb
    Ukrayna müxalifətinin komandanı öldürülüb

Ukraynanın şərq rəsmiləri komandanlarından birinin öldürüldüyünü bildiriblər.

İRNA-nın verdiyi məlumata görə, Ukraynanın şərq hissəsinin başçıları bildiriblər ki, dünən muxaliflərin komandanlarından olan Arsen Pavlov Donetsk şəhərində baş verən partlayışda ölüb. 

Arsen Pavlov son iki ildə muxaliflərin Ukrayna ordusu ilə döyüşlərində iştirak etmişdir. 

Son günlərdə Ukraynanın şərqində toqquşmalar şiddətlənib. 

Ukraynanın şərqində silahlı münaqişə 2014-cü il mart ayından, Rusiya meyilli hökumətin devrilməsindən və qərb meyilli hökumətin yaranmasınan sonra başlanmışdır. 

BMT-nin hesabatlarına görə, indiyədək Ukraynanın şərqində baş verən toqquşmalar nəticəsində 9500 nəfər həlak olmuşdur.