Okt 21, 2016 18:22 Asia/Baku
  • Eşton Karter
    Eşton Karter

ABŞ-ın müdafiə naziri Türkiyə rəsmiləri ilə görüş məqsədi ilə Ankaraya səfər edib

Frans Press-in verdiyi məlumata görə, Eşton Karter Ankaraya bu gün baş tutan bir neçə saatlıq səfərində Türkiyənin müdafiə naziri, baş naziri və Prezidenti ilə görüşəcək, regionda təhlükəsizlik zəminindəki son hadisələri eləcə də Ankara ilə Bağdad arasında yaranmış çon çaxnaşmalı durumu müzakirə edəcək. 

Eşton Karter təyyarədə müxbirlərə deyib ki, İraqın ərazi bütövlüyünə hörmət önəmşi prinsipdir və qonşu ölkələr ona riayət etməlidirlər. 

ABŞ dövləti son vaxtlar Mosulun terrorçu İŞİD qüvvələrinin işğalından azad edilməsi əməliyyatına start veriləndən sonra Türkiyə ilə İraq arasında çaxnaşmaların artmasından nigaran qaldığını bildirmişdir. 

Türkiyə Mosulun azad edilməsi əməliyyatında iştirak etmək istəyir, İraq isə buna qəti qarşıdır. 

Teqlər