Lavrov: Cəbhətün-Nüsrəni saxlamaqda məqsəd Suriya hökumətini devirməkdir
Lavrov: Xoşməramlılıq əlaməti olan tədbirlərə rəğmən Cəbhətün-Nüsrə və Əhrarüş-Şam Hələbdən geri çəkilməklə razılaşmırlar.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada quatemalalı həmkarı ilə birgə mətbuat konfransında deyib: Hökumətlərin dəyişdirilməsini qəbul etdirmə istiqamətində gedən səylərdən uzaqlaşmaq lazımdır. Xoşməramlılıq əlaməti olaraq həyata keçən təşəbbüslərə rəğmən Cəbhətün-Nüsrə və Əhrarüş-Şam Hələbdən geri çəkilməklə razılaşmırlar. Ən-Nüsrəni saxlamaq üçün olan bir planın olmasından şübhələnirik, hansı ki, həmin planın məqsədi Suriya hökumətini gücdən istifadə edərək devirməkdən ibarətdir. Lavrov deyib:Vladimir Putin atəşkəsin müddətinin uzaldılması ilə razılaşıb, əlbəttə bu başqa tərəflərin atəşkəsi pozmayacağı təqdirdə reallaşa bilər.
Rusiyanın XİN başçısı deyib: Rusiya Türkiyənin Suriyanın şimalında yerləşən kürdlərin mövqelərinə qarşı hücumlarından nigarandır.
Lavrov deyib: Türkiyənin Suriyanın şimal bölgələrinə hava hücumları ilə bağlı məlumatlar almışıq. Biz baş verənlərə görə nigaranıq, görünür bu hücumlar kürd sakinli bölgələrə qarşı həyata keçirilir.
Lavrov Türkiyənin ABŞ-ın başçılıq etdiyi " İŞİD-ə qarşı koalisiya"-nın üzvü olduğuna toxunaraq deyib: ABŞ koalisiyanın rəhbəri olaraq təyin olunmuş hədəflərdə qalmalıdır.