V.Çurkin: Ukrayna Minsk razılaşmalarından yan keçir
-
Vitali Çurkin
Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi deyib: Ukraynanın şərqindəki böhranın həlli istiqamətində gedən səylərdə yaranan fasilə Kiyev dövlətinin Minsk razılaşmalarından yan keçmək səylərinin nəticəsidir.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Vitali Çurkin BMT-nin Təhlükəsizlik Şurasının iclasının kənarında müxbirlərə deyib: Kiyev dövlətinin Minsk razılaşmalarından yan keçmək cəhdləri Ukraynanın şərqindəki böhranın həlli istiqamətində gedən səylərin dalana dirənməsinə gətirib çıxarıb.
V.Çurkin deyib: Ukraynanın şərqindəki böhran Kiyevin Minsk razılaşmalarını əngəlləyən hərəkətlərə əl atmayacağı təqdirdə çoxdan həll oluna bilərdi.
Rusiyanın BMT-dəki nümayəndəsi BMT-nin insan haqları üzrə ali komissarının hesabatına toxunub. Həmin hesabatda Ukrayna hökuməti insan haqları sahəsində cinayətlərdə ittiham edilir.
Ukrayna hökuməti ilə yaraqlı muxaliflər arasında toqquşmalar 2014-cü ildə başlandı.
Ukrayna böhranının dinc yolla həlli üçün Normand qrupu bir neçə mərhələdə müzakirələr təşkid etdib, bunların ən başlıcası 2015-ci il fevralda Belarusun paytaxtı Minsk şəhərində aparılan müzakirələr idi, həmin iclasda Kiyev ilə yaraqlı müxalifət arasında atəşkəs müqaviləsi imzalandı.
Minsk sülh razılaşması Almaniya, Fransa, Rusiya və Ukrayna nümayəndələri arasında əldə olunmuşdur.