Rus paraşütçü rekord vurub
Okt 26, 2016 09:41 Asia/Baku
-
Rus paraşütçü rekord vurub
Rusiyalı paraşütçü Valeri Rozov sərbəst tullanmada rekord vurub
Euronews-un verdiyi məlumata görə, Valeri Rozov dünyanın ən hündür altıncı zirvəsi olan Himalay dağının Çuayo zirvəsindən tullanıb. Çuayo zirvəsinin hündürlüyü 7700 metrdir. Rusiyalı idmançı və onu müşayiət edən komanda bu zirvəyə çatmaq üçün 21 gün dağa dirmaşmalı olub. Valeri Rozov 2013-cü ildə Everestdə yerləşən 7220 metr hündürlüyü olan bir zirvədən də tullanmışdı. Onun yeni tullanması bu rekordu təzələdi.
Valeri Rozovun zirvədən tullanmasından qayalığın ətəyinə çatması 90 saniyə çəkib.
Teqlər