Almaniya Türkiyənin müvəqqəti işlər vəkilini çağırtdırıb
Almaniya kürdlərə aid olan Xalqların Demokratik Partiyasının rəhbərlərinin həbsi ilə əlaqədar Türkiyənin bu ölkədəki müvəqqəti işlər vəkilini çağırtdırıb.
Almaniya Türkiyənin bu ölkədəki səfirliyinin ən yüksək səviyyəli diplomatından Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın Almaniyanın terrorçuların sığınacağına çevrilməsinə dair son bəyanatı barədə izahat verməsini istəyib.
Almaniyanın xarici işlər naziri deyib ki, o Ərdoğanın sözlərini başa düşmür ancaq Türkiyədə söz və mətbuat azadlıqları sahəsində ciddi nigarançılıqların olduğunu yaxşı bilir.
Frank-Valter Ştaynmayer deyib: Türkiyə İraq və Suriya böhranında regionda önəmli rola malikdir və bundan sonra da belə olacaq amma mən Ərdoğanın Almaniyada təhlükəsizlik durumu barədəki dediklərini başa düşə bilmirəm.
Almaniya XİN başçısı deyib: Biz Türkiyə ilə yaxından və konstruktiv əlaqələrin tərəfdarıyıq amma örtülü danışmamalıyıq. Hesab edirik ki, Türkiyədə söz və mətbuat azadlıqlarına qarşı təhdidlər barədə nigarançılıqlar var.
Ərdoğan son günlər Almaniyanı terrorçuların sığınacağı adlandırdı və Almanların buna görə terrorçu hücumları gözləməli olduqlarını bildirmişdi.