Noy 05, 2016 16:36 Asia/Baku
  • Almaniyada kürdlər Türkiyəyə qarşı etiraz aksiyası keçiriblər
    Almaniyada kürdlər Türkiyəyə qarşı etiraz aksiyası keçiriblər

Almaniyada yaşayan yüzlərlə kürd Türkiyədə kürdlərə aid olan Xalqların Demokratik Partiyasının rəhbərlərinin həbsinə qarşı etiraz aksiyası keçiriblər.

600 nəfərdən ibarət olan aksiyaçılar kobud şuarlar səsləndiriblər. 

HDP-nin rəhbərlərindən olan Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ PKK ilə əməkdaşlıqda ittiihamlandırilaraq həbs ediliblər. Bunlardan əlavə həmin partiyanın deputat olan başqa 7 üzvü də məhkəmə hökmü ilə həbs edilmişdilər ki onlardan 3-ü şərti olaraq azadlığa buraxılıb. 

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bu gün deyib: HDP-nin 15 deputatı barədə də həbs hökmü çıxarılıb. 

Nazir Türkiyədə qanun aliliyinə təkid edərək deyib: Hər kəs oanun qarşısında baş əyməlidir və prokurorluq tərəfindən çağırılırsa bu çağırışa əməl etməlidir.

Bəkir Bozdağ deyib: Xalqların Demokratik Partiyası(HDP) PKK-ya təbliğat və lojestik dəstək verir. 

Teqlər