Trampın qələbə çalmasına etiraz olaraq ABŞ bayrağı yandırıldı
https://azeri.sahartv.ir/news/dünya-i244616-trampın_qələbə_çalmasına_etiraz_olaraq_abŞ_bayrağı_yandırıldı
ABŞ-ın müxtəlif şəhərlərində prezident seçkilərinin nəticəsinə etiraz olaraq çıxan etirazlarda ABŞ-ın bayrağı yandırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2016 13:44 Asia/Baku
  • Trampın qələbə çalmasına etiraz olaraq ABŞ bayrağı yandırıldı
    Trampın qələbə çalmasına etiraz olaraq ABŞ bayrağı yandırıldı

ABŞ-ın müxtəlif şəhərlərində prezident seçkilərinin nəticəsinə etiraz olaraq çıxan etirazlarda ABŞ-ın bayrağı yandırılıb.

PressTV-nin verdiyi məlumata görə, seçkilərin məğlub tərəfi olan Hillari Klintonun yüzlərlə tərəfdarı Trampın qələbə çalmasının ardınca Orqan və Kaliforniya ştatlarında küçələrə çıxaraq, Amerikanın bayrağını yandırıb və iğtişaş törədib.

Bu məlumata görə, sosial şəbəkələrdə yayılan bəzi təsvirlərdə zibil qutularının yandırıldığı müşahidə olunur. 

Həmçinin, Urqan və Kaliforniya universitetlərinin tələbələri Tramp əleyhinə sərt şüarlar verərək, küçələrə axışıblar. 

Portlənd şəhərində də yüzlərlə nəfər Tramp əleyhinə aksiya keçirib və Trampa qarşı şüarlar veriblər. Onlar ABŞ bayrağını da yandırıblar. 

Həmçinin, hər iki namizədin tərəfdarları və müxalifləri Ağ Ev qarşısında aksiya keçirərək, bir-birinə qarşı şüarlar veriblər. 

Tərəflər arasında ixtilafların artmasının ardınca polis hər iki qrupa qarşı müdaxilə edərək, onları dağılışmağa məcbur edib.

Amerikada prezident seçkiləri çərşənbə axşamı, 8 noyabrda start götürdü və ABŞ mediasının bütün proqnozlarının əksinə olaraq Donald Tramp 289 elektoral əldə edərək, bu ölkənin prezidenti seçildi. 

Amerikada prezident seçkiləri mürəkkəb sistemə malikdir və xalq prezident və onun müavinini birbaşa olaraq seçmir. Xalq prezident və onun müavinini seçəcək şəxslərə(elektoral) səs verir və son seçim həmin elektorallar tərəfindən edilir.