Noy 11, 2016 13:44 Asia/Baku
  • Məzar Şərifdə Almaniya konsulluğuna  hücum
    Məzar Şərifdə Almaniya konsulluğuna hücum

Məzar Şərifdə Almaniya konsulluğu yaxınlığında törədilən partlayışda 7 nəfər həlak olub, 115 nəfər isə yaralanıb.

Əfqanıstan mediaları cümə günü bildiriblər ki, Məzar Şərifdə Almaniya konsulluğu yaxınlığında törədilən 2 partlayışda yaralananlardan biri də bu ölkənin Tacikistandakı səfiridir. Bu terror hücumunun məsuliyyətini Taliban öz üzərinə götürüb. 

NATO-nun sözçüsü isə bildirib ki, bu hücumda bomba quraşdırılmış 2 avtomobildən istifadə edilib. Bu hücum zamanı Almaniya konsulluğunun yerləşdiyi binanın bir hissəsi ciddi zərər və ziyan görüb. 

Məzar Şərif xəstəxanasının rəisi isə bəzi yaralıların vəziyyətinin ağır olduğunu elan edib. 

Almaniya Əfqanıstanda təqribən 1000 hərbçiyə malikdir. 

Talibanın sözçüsü Zəbihulla Mücahid media açıqlamasında bildirib ki, bu hücum NATO təyyarələrinin ötən həftə Qunduz şəhərinə olan hücumlarına cavab xarakteri daşıyıb. NATO-nun Qunduz şəhərinə olan hücumlarında 30 mülki həyatını itirmişdi. 

Teqlər