Rusiya İdlib və Homsda hərbi əməliyyata başlayıb
-
Rusiya İdlib və Homsda hərbi əməliyyata başlayıb
Rusiyanın Suriyanın İdlib və Homs ətrafında hərbi əməliyyata başlaması Suriya vətəndaşları tərəfindən rəğbətlə qarşılanıb.
Suriyanın əl-Əxbariyyə televiziyasının məlumatına görə, Rusiya qüvvələri Kuznetsov təyyarədaşıyan gəminin iştirakı ilə İdlib və Homs ətrafında terrorçulara qarşı irimiqyaslı əməliyyata başlayıblar. Bu qəfil əməliyyatda məqsəd, terror qruplarının silah anbarları, təlim mərkəzləri və toplaşma mərkəzlərini, eləcə də onların kütləvi qırğın silahları istehsal edən sexlərini məhv etmək elan olunub. Suriyada siyasi prosesə təsir göstərəcəyi nəzərə çarpan bu əməliyyat vətəndaşların rəğbətini qazanıb.
Bu arada Suriyada siyasi təhlilçi Həssan Şüəb deyir: Fikrimcə, bu əməliyyatın nəticəsi gələn günlərdə aydınlaşacaq. Bu əməliyyat bütün siyasi qrupları müzakirələr masasına çəkmək üçün həll yolu olaraq böhranın siyasi həll yolunun başlanğıcıdır. Xüsusilə də ABŞ-da yeni prezidentin seçilməsindən sonra problemin həlli üçün sədaqətli niyyətlərin aşkar olduğu sezilir.
Rusiyanın hərbi əməliyyata başlaması xəbəri Suriya vətəndaşlarının sevincinə səbəb olub. Çünki vətəndaşlarda bu ümidi yaratmışdır ki, bu əməliyyat ölkədə bütün terror qruplarının məhv edilməsinə səbəb olacaq.
Suriya vətəndaşlarından biri deyir: Bizim Rusiyaya etimadımız yuxarıdır və Allahın istəyi ilə onların təşəbbüsü və Suriya ordusunun səyi ilə terrorizm məhv ediləcək.
Digər vətəndaşlar da bildirirlər ki, Suriya ordusuu, rus və iranlı dostların təşəbbüsü ilə terrorçuların kökü kəsiləcək. Rusiya bir il öncə Suriyanın hərbi müraciəti ilə terrorizmlə savaşda iştirak edir və bu müddətdə terrorçulara ağır zərbələr endirib. Lakin Moskva bu dəfə Suriyada terrorizmin tam məhvinə qədər öz vəzifəsini yerinə yetirməkdə qətiyyətlidir.