Noy 16, 2016 18:35 Asia/Baku
  • Amerikada neft kəməri inşasına etiraz
    Amerikada neft kəməri inşasına etiraz

ABŞ-da neft kəməri layihəsinin inşasına qarşı etirazçılar Los-Ancles şəhərinin mərkəzində aksiya keçiriblər.

Sin Xua informasiya agentliyinin verdiyi məlumata görə, Los-Anclesin mərkəzinidə yüzlərlə aksiyaçı ABŞ dövlətindən bu layihənin dayandırılmasını istəyiblər. 

Aksiiyalar bəzi digər şəhərlərə yayılmaqdadır. 

3 milyard 700 milyon dollar dəyərində olan Dakuta boru kəməri layihəsi Missuri çayının dibindən də keçəcək, yerli əhali bu layihənin onların yurdlarını və ərazinin su ehtiyatlarını təhdid etdiyini bildirirlər. 

Aksiyaçılar daha çox neft kəmərinin Missuri çayının dibindən keçən hissəsində hansısa hadisənin baş verəcəyi təqdirdə ərazinin neft ehtiyatlarının məhv olacağından nigarandırlar. 

Teqlər