Trampın nazirlər kabinetində islamofobların olmasına etiraz
https://azeri.sahartv.ir/news/dünya-i246488-trampın_nazirlər_kabinetində_islamofobların_olmasına_etiraz
İslam-Amerika Əlaqələr Şurası ABŞ-ın yeni seçilmiş prezidentinin nazirlər kabinetində islamofobların olması barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2016 16:25 Asia/Baku
  • Trampın nazirlər kabinetində islamofobların olmasına etiraz

İslam-Amerika Əlaqələr Şurası ABŞ-ın yeni seçilmiş prezidentinin nazirlər kabinetində islamofobların olması barədə xəbərdarlıq edib.

Rəsa xəbər agentliyinin məlumatına görə, Amerika müsəlmanlarının hüquqlarını dəstəkləyən İslam-Amerika Əlaqələr Şurası bu gün bir bəyanat yayaraq, ABŞ-ın yeni seçilmiş prezidenti tərəfindən bir qrup islamofobun gələcək dövlətdə əsas vəzifələrə seçilməsilə bağlı etiraz edib.

İslam-Amerika Əlaqələr Şurasının sözçüsü İbrahim Huper ABŞ-ın yeni seçilmiş prezidenti tərəfindən bu cür mövqelərin seçilməsini gərginlik yaradan amil adlandırıb.

Trampın bu təyinatları Ağ Evin strukturunun anti-islami olması ilə bağlı Amerika müsəlmanları arasında nigaranlıqların artmasına səbəb olub.