Moskva ABŞ-ın tənqidini cavablandırıb
https://azeri.sahartv.ir/news/dünya-i246863-moskva_abŞ_ın_tənqidini_cavablandırıb
Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın Rusiyanın Litva və Polşa sərhədlərində ballestik raketlər yerləşdirməsi layihəsinə qarşı tənqidlərinə münasibət bildirib. Rusiya MN-i Amerika raketlərinin Avropanın təhlükəsizliyinə qarşı təhdid olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2016 10:22 Asia/Baku
  • Moskva ABŞ-ın tənqidini cavablandırıb
    Moskva ABŞ-ın tənqidini cavablandırıb

Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın Rusiyanın Litva və Polşa sərhədlərində ballestik raketlər yerləşdirməsi layihəsinə qarşı tənqidlərinə münasibət bildirib. Rusiya MN-i Amerika raketlərinin Avropanın təhlükəsizliyinə qarşı təhdid olduğunu deyib.

Amerika Dövlət Departamentinin sözçüsü Con Kerbi dünən demişdi ki, Rusiyanın Kalininqradda S-300 quru-hava raketlər bazası vı iskəndər ballestik raket bazası yaratması Avropanın təhlükəsizliyini sarsıdır. 

Kalininqrad Rusiya ərazisindən ayrıda yerləşərək şimal və şərqdən Litva , cənubdan isə Polşa ilə həmsərhəddir. 

Kerbinin bu bəyanatından sonra Rusiya MN-in sözçüsü General İqor Konaşenkov Amerikanı Avropanı özünün silahları və raketləri ilə dolduraraq regionun təhlükəsizliyini təhdid etməkdə ittiihamlandırıb. 

Konaşenkov deyib: Bu gün Rusiya deyil, Avropa mənşəli olmayan hərbçilər və silahların Avropaya doldurulması ciddi təhlükəsizlik təhdidinə səbəb olub. 

Rusiya MN-in sözçüsü ABŞ-ın polşa və Rumıniyada raket bazaları inşa etməsinə, NATO-nun Lİtva, Latviya, Estoniya və Polşada amerikan əsgərlərin, Rusiyanın qonşusu olan Norveçdə isə Amerikanın dəniz piyadalarının yerləşdirilməsi planına da toxunub. 

Konaşenkov deyib: "Rusiya Federasiyasının təhlükəsizliyinin təmin edilməsi ölkəmizin haqqıdır. Buna görə də bizim harada və nə vaxt hansı vasitələrlə və nə tərzdə öz təhlükəsizliyimizi təmin etməmiz barədə iddialar və istəklərinizi özünüzə saxlasanız daha yaxşı olar. "