Noy 26, 2016 12:54 Asia/Baku
  • Almaniya 12 mindən çox əfqan mühaciri bu ölkədən çıxaracaq
    Almaniya 12 mindən çox əfqan mühaciri bu ölkədən çıxaracaq

Almaniya rəsmiləri bildiriblər ki, 12 mindən çox əfqan mühaciri bu ölkədən çıxaracaqlar.

IRNA xəbər verir: Almaniya Daxili İşlər Nazirliyi bildirib ki, 12539 əfqan mühaciri bu ölkəni tərk etməyə məcbur edəcək. Almaniya hökumətinin bu qərarı elə bir şəraitdə çıxarılıbdır ki, Əfqanıstanda təhlükəsizlik durumu daha da ağırlaşıb və ötən aylarda on minlərlə əfqan döyüşlər nəticəsində evsiz-eşiksiz qalıbdır.

Bu məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi bildirib ki, Əfqanıstan şəhərlərinin mərkəzləri yetərli təhlükəsizliyə malikdirlər və ixrac olunan əfqan mühacirlər bu şəhərlərdə məskunlaşa bilərlər. Bundan öncə Almaniya kansleri Angela Merkel də əfqan mühacirlərin icbari surətdə bu ölkədən çıxarılmalarını vurğulamışdı.

Deyilənlərə görə, ötən bir neçə onillik ərzində 200 mindən çox əfqan Almaniyaya səfər edib və ötən bir ildə həmin ölkəyə səfər etmiş mühacirlər tədricən çıxarılmaqdadırlar.

Əfqanıstan dünya ölkələrində 7 milyondan çox mhüacirə malikdir ki, onların təqribən üç milyon nəfəri Pakistanda, 2 milyon 500 min nəfəri isə İranda yaşayır və təkcə bir milyondan az sayda əfqan digər ölkələrə mühacirət edibdir.

 

Teqlər