Rusiya Ukrayna və Belarus sərhədlərində piyada hərbçilər yerləşdirib
-
Sergey Şoyqu
Rusiya ordusu qərb sərhədlərdə mövqelərin gücləndirilməsi qərarı çərçivəsində həmin ərazilərdə iki piyada diviziya göndərib.
Associated Press-in verdiyi məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib: İki hərbi bölmə Belqorod, Voronej və Smolensk bölgələrində Ukrayna və Belarus sərhədləri yaxınlıqlarında yerləşdirilib.
Şoyqu deyib ki, bu bölkəmələrin 70 faizini əmək müqaviləsi əsasında cəlb edilən qüvvələr təşkil edir. Nazir bölmələrin neçə hərbçidən ibarət olduğunu deməyib.
Şoyqu bildirib ki, Rusiya ordusu öz qüvvələri üçün onlarla yeni yaşayış məntəqələri və təlimat təsisatları yaradıb.
Associated Presin məlumatında deyilir: " Rusiyanın Krım yarımadasını öz torpaqlarına ilhaq etməsindən və Ukraynanın şərqində rus meylli yaraqlılara dəstək verməsindən sonra Rusiya ilə qərb arasında yaranan çaxnaşmalı durumda, belə qüvvələr bölgədə yerləşdirilir.
ABŞ ordusu da bildirmişdi ki, NATO Ukrayna əməliyyatına dəstək üçün özünün bəzi hərbi bölmələrini Avropada yerləşdirəcək.
Rusiya isə öz sərhədləri yaxınlığında hansısa təhrikamiz hərəkətlər, hərbi təlimlər , hərbi təchizatların yerləşdirilməsi və stabilliyi pozan hər hansı addımın atılması ilə bağlı xəbərdarlıq edib.