Rusiya BMT və qərbi tənqid edib
-
Rusiya BMT və qərbi tənqid edib
Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü Birləşmiş Millətlər Təşkilatı, ABŞ, Fransa və Britaniyanın Suriyanın Hələb şəhərindəki duruma laqeydliklərini qınayıb.
Spotnik-in verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bu gün deyib:Amerika,Fransa, BMT və Britaniya indiyədək Suriyanın Hələb şəhərində sakinlərə heç bir humanitar yardım göstərmir.
İ. Konaşenkovun dediyinə görə, BMT və Amerika eləcə də Ağ evin hamiləri Hələb şəhərində sakinlərin durumunun yaxşılaşmasına heç də maraqlı deyillər.
BMT-nin bildirdiyinə görə, Hələb şəhərinin şərq bölgələrinin sakinlərindən ibarət 100 m in nəfər humanitar yardımlara ehtiyaclıdırlar.
Suriya ordusu son günlərdə Hələbin şərq ərazilərini terrorçular və silahlı yaraqlılardan təmizləmə əməliyyatlarında böyük uğurlar əldə edib.
Hələb şəhəri yaraqlılardan tamamiylə təmizlənərsə Suriya dövləti bu ölkənin ən iri şəhərinə nəzarəti təmin etmiş olacaq.