Ermənistan-Rusiya müştərək hərbi qüvvələri yaradılır
https://azeri.sahartv.ir/news/dünya-i248330-ermənistan_rusiya_müştərək_hərbi_qüvvələri_yaradılır
Ermənistan-Rusiya müştərək hərbi qüvvələrinin komandanı bu kimi qüvvələrin yaradılmasında məqsədin Ermənistana və Rusiyaya ehtimal olunan hər hansı hücumla qarşılaşmaq olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2016 13:33 Asia/Baku

Ermənistan-Rusiya müştərək hərbi qüvvələrinin komandanı bu kimi qüvvələrin yaradılmasında məqsədin Ermənistana və Rusiyaya ehtimal olunan hər hansı hücumla qarşılaşmaq olduğunu bildirib.

Erməni radiosunun verdiyi məlumata görə, Ermənistan-Rusiya müştərək hərbi qüvvələrinin yaradılması üzrə razılaşma dünən Moskvada iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanıb. 

Ermənistan və Rusiya müştərək hərbi qüvvələrinin komandanı Andranik Makraiyan bu barədə deyib: İki ölkə arasında əldə olunmuş razılaşmaya əsasən hər iki ölkə, siysi-hərbi durumun müştərək analizi, müştərək qüvvələrin quruluşunun yaradılması, müştərək qüvvələrin idarə edilməsi və əməliyyatının təşkili və hərbi idarəetmə məsələlərində müştərək həll yollarının tapılması barədə razılaşıblar. 

Rusiyalı ekspert Modest Kulerova görə isə bu razılaşma siyasi cəhətdən hər iki tərəf üçün xüsusiylə Ermənistan üçün böyük əhəmiyyətə malikdir. 

Ermənistanın müdafiə naziri Vigen Serkisiyan Rusiya ilə qarşılıqlı müzakirələr məqsədi ilə Moskvaya səfər edib.