Almaniya kansleri rübəndin qadağan edilməsini istədi
Almaniya kansleri Angella Merkel çərşənbə axşamı günü Esen şəhərində Xristian Demokrat partiyasının konqresində deyib: Üzün tam örtülməsi qanuni cəhətdən mümkün olan hər bir yerdə qadağan edilməlidir. Almaniya kansleri bu ölkədə rübəndin qadağan edilməsini istəyib və bildirib ki, qanun dindən öndədir.
Xristian Demokrat partiyasında partiyadaxili seçkilərdə bir daha sədr seçilən Merkel əlavə edib: Almaniyada yaşayan bütün insanlar və bu ölkəyə gələnlər qanuna riayət etməlidirlər.
Merkel həmçinin Almaniyada miqrant böhranının təkrarlanmasının qarşısını alacağını vəd edib.
Xristian Demokrat partiyası miqrantların qəbuluna dair öncəki siyasətinə görə güclü təzyiq altındadır.
Bu tənqidlər yeni il gecəsi Köln şəhərində qadınlara cinsi təcavüzlər ardınca artmışdır. Bu tənqidlrə ardınca, Almaniya hökuməti miqrantlar qarşısında açıq qapı siyasətini kənara qoyub.
Bu ilin yay aylarının sonunda yayımlanan yeni bir araşdırmanın nəticələrinə əsasən, Almaniyada islamofobiya diqqəti cəlb edəcək dərəcədə artmışdır.