İran, Rusiya və Türkiyə başçılarının görüşü planlaşdırılır
-
İran, Rusiya və Türkiyə başçılarının görüşü planlaşdırılır
Kremlin sözçüsü Suriya məsələsilə bağlı İran İslam Respublikası, Rusiya və Türkiyə başçılarının görüşünün planlaşdırılmasından xəbər verib.
IRNA-nın məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov bu gün bu müzakirələrin keçirilmə tarixi və məkanına işarə etmədən bildirib ki, İran İslam Respublikası, Rusiya və Türkiyənin prezidentləri Həsən Ruhani, Vladimir Putin və Rəcəb Tayyıp Ərdoğan hazırda bu görüşün təşkili üzərində işləyirlər.
İran İslam Respublikası, Rusiya və Türkiyənin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Sergey Lavrov və Mövlud Çavuşoğlu dekabrın 27-də Moskvada Suriya barədə görüşərək, müzakirə aparacaqlar.
İran İslam Respublikası və Rusiya Suriyanın durumu və Amerikanın başçılığı altda bir neçə qərbli və ərəb ölkəsinin terror böhranının yaradılması üzrə hərəkətləri qarşısında Dəməşqə dəstək verirlər.