Yaponiya və Rusiya arasında 68 nüvə və enerji əməkdaşlığı sənədi imzalanıb
Rusiya prezidentinin Tokio səfəri zamanı iki tərəf müxtəlif sahələrdə, o cümlədə sülhməramlı nüvə sahəsində 68 əməkdaşlıq sənədini imzalayıb.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin və Yaponiya baş naziri Şinzo Abe bu gün sülhməramlı nüvə əməkdaşlıq sənədini imzalayıblar.
Bu anlaşma sənədinəə əsasən, Rusiya və Yaponiya nüvə texnologiyasının əldə olunması və Fokosima Atom Elektrik Stansiyasında radioaktiv maddələrin yayılması ilə mübarizə üçün müştərək səylər həyata keçirəcəklər.
Rusiyanın Rus Atom Şirkətinin bildirdiyinə görə, bu anlaşma sənədində iki ölkənin digər nüvə əməkdaşlığı da nəzərdə tutulub. Həmçinin iki tərəf iki ölkənin hidrokarbon ehtiyatların kəşfi barəsində müştərək əməkdaşlıq üzrə anlaşma sənədini imzalayıb.
Bank və iqtisadi əməkdaşlıqlar imzalanan digər anlaşmalardan olub.
Putin həmçinin Yaponiya baş naziri ilə görüşdə Suriya proseslərinə toxunaraq deyib: Palmirada baş verənlər İŞİD əleyhinə beynəlxalq koalisiyada bir növ ikiliyin olduğunu bəyan edir.