FTB MKİ-nin Rusiyaya qarşı ittihamını təsdiqləyib
Amerika Federal Təhqiqat Bürosu Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanın Amerika prezident seçkiləri sisteminə qarşı kiber hucumunda əlinin olmasına dair ittihamı təsdiqləyib.
"USA Today" qəzetinin internet saytının məlumatına görə, Amerika Federal Təhqiqat Bürosu cümə günü Mərkəzi Kəşfiyyat İdarəsinin bu iddiasını təsiqləyərək, bildirib: Rusiya Amerikanın seçilmiş prezidenti Donald Trampı hakimiyyətə gətirmək hədəfilə belə bir hərəkətə əl atıbdır.
ABŞ prezidenti Barak Obama da cümə günü belə xəbərdarlıq edib ki, bu ölkənin seçkilərinin düzgünlüyünü hədəfə alacaq ölkə Vaşinqtonun cavab reaksiyası ilə üzləşəcəkdir.
Kremlin sözçüsü Dmitri Peskov cümə günü Ağ Evin, Amerika prezident seçkiləri dövründə Rusiyanın Birləşmiş Ştatlara qarşı kiber hücumları barədəki ittihamlarını həqiqətdən uzaq və utandırıcı adlandırıb.
Vaşinqton Rusiya prezidenti Vladimir Putini Amerika prezident seçkiləri sisteminə qarşı kiber hücumuna birbaşa rəhbərlik etməkdə ittiham edir.