NATO-nun Rusiya ilə hərbi qarşılaşması rədd olunub
Dek 18, 2016 11:06 Asia/Baku
Şimali Atlantik Alyansı NATO baş katibi Rusiya ilə istənilən hərbi qarşıdurmanı rədd edib.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, NATO baş katibi Yens Stoltenberq şənbə gecə bu alyansın Rusiya ilə əlaqələrin zədələnməsini istəmədiyini bəyan edərək deyib: NATO Rusiya ilə yeni soyuq müharibə ardınca deyil.
NATO baş katibi bu təşkilatın Rusiya ilə Brüsseldə keçiriləcək iclasına münasibət bildirərək deyib: Bu iclasın keçirilməsi NATO-nun Rusiya ilə qarşıdurmada maraqlı olmamasının göstəricisidir.
Rusiya xarici işlər naziri Sergey Lavrov son vaxtlar NATO-nu bu alyansın Rusiya sərhədlərinə genişləndirməkdə suçlayıb və deyib: NATO Barak Obamanın prezidentlik dövrü sona çatmazdan öncə Monteneqronu bu alaynsa qoşmağa çalışır.