Tramp Obamadan İsrail rejiminə qarşı qətnaməni veto etməsini istəyib
https://azeri.sahartv.ir/news/dünya-i252566-tramp_obamadan_İsrail_rejiminə_qarşı_qətnaməni_veto_etməsini_istəyib
Amerikanın yeni seçilmiş prezidenti bu ölkə prezidentindən istəyibdir ki, BMT Təhlükəsizlik Şurasının sionist qəsəbələrin salınmasına qarşı olan qətnaməsini veto etsin.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2016 07:41 Asia/Baku
  • Tramp Obamadan İsrail rejiminə qarşı qətnaməni veto etməsini istəyib
    Tramp Obamadan İsrail rejiminə qarşı qətnaməni veto etməsini istəyib

Amerikanın yeni seçilmiş prezidenti bu ölkə prezidentindən istəyibdir ki, BMT Təhlükəsizlik Şurasının sionist qəsəbələrin salınmasına qarşı olan qətnaməsini veto etsin.

Politiko xəbər portalının məlumatına görə, Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp dünən bir bəyanat yayaraq bildirib ki, BMT Təhlükəsizlik Şurasının sionsit rejimə qarşı qətnaməsi bu rejimi zəif mövqedə qoyur və İsrail rejiminin zərərinədir.

BMT-nin Təhlükəsizlik Şurası Şərqi Qüdsdə və İordan çayının qərb sahilində sionist qəsəbə salmaların tez bir zamanda dayandırılmasını istəyən və Misir tərəfindən irəli sürülmüş qətnamə layihəsinə səs verməlidir.

Sionistlər Amerikanın hazırkı prezidenti Barak Obamanın hökumətinin bu qətnaməni veto etməkdən çəkinəcəyindən nigarandırlar.

Obama sonuncu dəfə 2011-ci ildə Təhlükəsizlik Şurasının 15 üzvündən 14-nün qətnamənin lehinə səs verməsinə baxmayaraq, veto haqqından istifadə etdi və onun qəbul edilməsinə mane oldu.