Nigeriyada Şeyx Əlzəkzəkinin azad edilməsi üçün aksiya keçirilib
-
Nigeriyada Şeyx Əlzəkzəkinin azad edilməsi üçün aksiya keçirilib
Nigeriya müsəlmanları aksiya keçirərək, bu ölkənin islami hərəkatı rəhbərinin tez bir zamanda azad edilməsini istəyiblər.
IRNA-nın yerli mənbələrə istinadlı məlumatına görə, çoxlu sayda Nigeriya müsəlmanı Şeyx Əlzəkzəkinin və onun həyat yoldaşının azad edilməsinin izlənilməsi vacibliyini vurğulayaraq, Abuca şəhərində dinc aksiya keçirib.
Nigeriyanın təhlükəsizlik orqanları son zamanlar bu öklə məhkəməsi hökmünün icrası yolunda maneçilik törədərək, Şeyx Əlzəkzəkini və onun həyat yoldaşını naməlum bir məkana köçürüblər.
Bu məlumata görə, Nigeriya İslam Hərəkatının əsas üzvlərindən bir qrupu Şeyx Əlzəkzəkinin və onun həyat yoldaşının tez bir zamanda azad edilməsi məqsədilə bu ölkənin məhkəmə orqanlarını qane etmək və məşvərət üzrə proqramlar işləyib hazırlayıbdır.
Nigeriya məhkəməsi son zamanlar Şeyx Əlzəkzəkinin azad edilməsi barədə hökm çıxarıb.
Bu hökmə əsasən, maksimum otuz günədək Şeyx Əlzəkzəki Nigeriyanın polis rəsmilərinə təhvil verilməlidir və onlar da 24 saat ərzində onu və onun həyat yoldaşını azad etmək möhlətinə malikdirlər.
Şeyx Əlzəkzəkinin azad edilməsi ABŞ, sionist rejim və Ali-Səud rejiminin Nigeriyadakı siyasətlərinin uğursuz qalmasının nişanəsidir və əvəzində bu ölkə şiələrindən milyonlarla nəfər üçün böyük bir qələbədir.