Dek 24, 2016 10:25 Asia/Baku
  • Putin Trampa məktub yolladı

Rusiya Federasiyası prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidentinə ünvanladığı məktubda yeni il münasibəti ilə Donald Trampı təbrik edib və iki ölkə əlaqələrində səmimi fəslin başlanmasını istəyib.

Əl-Aləm telekanalının məlumatına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp cümə günü putinin bu məktubunu yayımlayıb. 

Putin bu məktubda Rusiya və ABŞ arasında münasib əməkdaşlığın bərqərar olunması və əlaqələr səviyyəsinin yüksəlməsinə ümidvarlıq edib. 

Rusiya prezidentinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıqlar çərçivəsinin möhkəmlənməsi üçün praktiki tədbirlərin görülməsi, beynəlxalq səviyyədə iki ölkə əməkdaşlığının artırılmasını istədiyi bu məktub Donald Tramp tərəfindən yüksək dostluq adlandırılıb. 

Vaşinqton və Moskva əlaqələri 2014-cü ildən NATO, xüsusilə də Amerikanın Şərqi Avropada Rusiya sərhədlərinə yaxınlaşması və Suriya böhranına görə, gərginləşmişdir. 

Digər tərəfdən ABŞ və Avropa Birliyi 2014-cü ildən Rusiyanın Ukraynanın şərq bölgələrindəki qarşıdurmalarda müdaxiləsi və bu ölkə hökumətinin müxaliflərinə kömək etmək ittihamını irəli sürərək Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyaları tətbiq ediblər. Bu isə Moskvanın qarşılıqlı reaksiyasına səbəb olub. 

Hazırda Trampın Ağ Evə getməsi SSRİ-nin dağıldığı zamandan ən aşağı səviyyəsinə enmiş Amerika və Rusiya əlaqələrinin canlanması üçün ümidləri artıra bilər. 

Teqlər