Dek 24, 2016 10:37 Asia/Baku
  • BMT Təhlükəsizlik Şurasında sionist rejimin qəsəbə salmasına qarşı qətnamə təsdiqlənib

BMT Təhlükəsizlik Şurası işğal olunmuş ərazilərdə sionist rejimin qəsəbə salmasına qarşı qətnaməni 14 lehinə səslə təsdiqləyib.

İRNA-nın məlumatına görə, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən, sionist rejim dərhal və tam şəkildə işğal olunmuş Fələstin əraziləri, o cümlədən Şərqi Qüdsdə bütün qəsəbəsalma fəaliyyətlərini dayandırmalıdır. 

BMT Təhlükəsizlik Şurasına üzv ölkələr arasından, təkcə Amerika Təhlükəsizlik Şurasının qətnaməsinin bitərəf səs verib və qalan ölkələr bu qətnamənin lehinə səs veriblər. 

Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Fələstin ərazilərində İsrailin qəsəbəsalma prosesini dayandırmasına dair qətnaməsinin təsdiqlənməsindən sonra deyib: İsrailin qəsəbəsalma prosesini pisləmək üzrə Təhlükəsizlik Şurasının addımı bu rejimə siyasi zərbədir. 

Sionist rejimin baş naziri Benyamin Netanyahunun ofisi də BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Fələstin ərazilərində İsrailin qəsəbə salmasına qaşrı qətnaməsinə reaksiyada bildirib: İsrail bu qətnamənin müddəalarına sadiq qalmayacaq. 

Netanyahunun ofisinin bəyanatında həmçinin Amerikanın Təhlükəsizlik Şurasının qətnaməsinin bitərəf səs verməsinə toxunularaq bildirilib: Təl-əviv bu qətnamənin mənfi təsirini zərərsizləşdirmək üçün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və bu ölkə Konqresindəki dostları və müttəfiqləri ilə əməkdaşlıq yoluna göz dikib. 

İsrail Fələstin ərazilərində coğrafi strukturu dəyişmək və bu bölgələri sionistləşdirmək üçün qəsəbələr salmaqdadır. Belə ki, Fələstin ərazilərinə nəzarətini təsbit etsin. 

Teqlər