Tramp BMT-nin İsrailə qarşı qətnaməsinə qarşı çıxıb
https://azeri.sahartv.ir/news/dünya-i252920-tramp_bmt_nin_İsrailə_qarşı_qətnaməsinə_qarşı_çıxıb
ABŞ-ın seçilmiş prezidenti BMT-nin İsrailə qarşı qətnaməsinin qərbi Asiyada barışıq prosesinə zidd olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2016 07:35 Asia/Baku
  • Tramp BMT-nin İsrailə qarşı qətnaməsinə qarşı çıxıb
    Tramp BMT-nin İsrailə qarşı qətnaməsinə qarşı çıxıb

ABŞ-ın seçilmiş prezidenti BMT-nin İsrailə qarşı qətnaməsinin qərbi Asiyada barışıq prosesinə zidd olduğunu deyib.

Röytersin verdiyi məlumata görə, Amerikanın seçilmiş prezidenti Donald Tramp bu gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sionist rejimin işğal olunmuş Fələstin ərazilərində qəsəbə salma siyasətinə qarşı qətnaməsinə reaksiya verərək deyib: Bu qətnamə regionda barışıq müzakirələri prosesinə ziddir. 

ABŞ-ın seçilmiş prezidenti öncə də ABŞ prezidenti Barak Obamadan TŞ-nin sionist rejimin Fələstin ərazilərində qəsəbə salma fəaliyyətlərinə qrşı qətnaməsinə veto qoymasını istəmişdi. 

BMT TŞ cümə günü dekabrın 23-də İsrail rejiminin fələstinlilərin işğal edilmiş ərazilərində qəsəbə salma fəaliyyətlərini dərhal dayandırmalı olduğunu tələb edəb bir qətnamə qəbul etdi. 

Bu qətnamə 14 lehinə və Amerikanın bitərəf səsi ilə qəbul edildi.